Yuxarı
    Bağlamaq

    Dondurulmuş aktivlərdən istifadəyə dair qərara dəyişikliklər edilib

    Bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nda dəyişikliklər edib.

    “Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

    Qərara görə, Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın 4.1-ci bəndinə “şəxslər” sözündən sonra “və dövlət qurumları” sözləri, 4.2-ci bəndinə “şəxsə” sözündən sonra “və ya dövlət qurumuna” sözləri, 4.3-cü bəndinə isə “şəxs” sözündən sonra “və ya dövlət qurumu” sözləri əlavə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi