Donald Tramp ötən ilki gəlirlərini açıqlayıb

Donald Tramp ötən ilki gəlirlərini açıqlayıb ABŞ prezidentinin gəlir bəyannaməsi yayılıb
Maliyyə
17 İyun , 2017 13:41
Donald Tramp ötən ilki gəlirlərini açıqlayıb

Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi ilk dəfə gəlir bəyannaməsini açıqlayıb.

“Report” xəbər verir ki, 98 səhifəlik sənəd onun razılığı ilə ABŞ hökuməti yanında etika məsələləri üzrə büronun internet səhifəsində yerləşdirilib.

Bəyannaməyə əsasən, Amerika rəhbəri ötən il sahibi olduğu qolf meydançasına və qolf-kluba görə (Nyu-Cersi ştatında yerləşir) müvafiq olaraq 298 mln. dollar və 19,8 mln. dollar gəlir əldə edib. Bundan başqa, prezident 2016-cı ildə Florida ştatındakı Mar-a-Laqo kurortundan 37,2 mln. dollar qazanıb. Bu rəqəm 2015-ci ildə 29,8 mln. dollar olub.

D.Trampa yazdığı “Böyük yenə: Bizim şikəst Amerikanı necə düzəltmək olar?” adlı kitaba görə isə 7 mln. dollar qonarar ödənilib. ABŞ-ın Kinoaktyorlar Gildiyası isə dövlət başçısına 84 min dollar ödəyib.

“The Washington Post” nəşrinin məlumatına görə, hazırda D.Tramp 1,4 mlrd. dollarlıq aktivlərə malikdir. Amma onun gəlir bəyannaməsində sahibi olduğu qiymətli kağızların hesabına nə qədər gəlir əldə etməsi açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi