Donald Tramp ABŞ Konqresindən infrastrukturun bərpası üçün 1 trln. dollar istəyib

Donald Tramp ABŞ Konqresindən infrastrukturun bərpası üçün 1 trln. dollar istəyib FED dollar çap etməyə məcbur olacaq
Maliyyə
1 Mart , 2017 11:29
Donald Tramp ABŞ Konqresindən infrastrukturun bərpası üçün 1 trln. dollar istəyib

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın infrastrukturunun yenilənməsi üçün 1 trln. dollara ehtiyac var. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində bildirib. 

O, konqresmenlərdən nəqliyyat infrastrukturunun yenilənməsi üçün təklif olunan planı dəstəkləməklərini xahiş edib. 

"ABŞ Yaxın Şərqdə hərbi fəaliyyətinə 6 trln. dollar xərcləyib. Amma bizim infrastrukturumuz dağılmaq üzrədir. Təklif etdiyim proqramın əsas mahiyyəti milyonlarla amerikalıya yeni iş yerlərinin açılmasıdır", - deyə D.Tramp qeyd edib. 

O, həmçinin korporasiyaların mənfəət vergi dərəcələrinin və orta sinifin vergi yükünün kəskin azaldılması ilə bağlı layihə hazırlandığını bildirib.

Bu arada ötən gün "CNBC" kanalına müsahibə verən isveçrəli investor Mark Faber ABŞ administrasiyasının verdiyi qərarların yeni dollarların çap olunmasına gətirib çıxaracağını deyib. O, yürüdülən iqtisadi siyasətin xammal qiymətlərinin artması ilə nəticələnəcəyini da qeyd edib. 

Son xəbərlər

Orphus sistemi