Dolların məzənnəsi ABŞ-dan gələn xəbərlə artıb

Dolların məzənnəsi ABŞ-dan gələn xəbərlə artıb FED-in iyun iclasında uçot dərəcəsini artıracağı ilə bağlı ehtimallar 100%-ə yüksəlib
Maliyyə
1 İyun , 2017 16:40
Dolların məzənnəsi ABŞ-dan gələn xəbərlə artıb

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ dollarının qlobal valyuta bazarında məzənnəsi artmağa başlayıb.

"Report" xəbər verir ki, buna səbəb ABŞ-da açıqlanan müsbət iqtisadi göstərici olub. Belə ki, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi may ayında 253 min nəfər artım göstərib. Analitiklər isə bu göstəricinin 185 min nəfər artacağını proqnozlaşdırırdılar. 

Göstəricinin proqnozlardan üstün açıqlanması dollara tələbatı artırıb. "Report"un analitik qrupu hesab edir ki,  bu göstərici ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi iclasda uçot dərəcəsini artıracağı ehtimallarını demək olar ki, 100%-ə çatdırıb. Həmçinin, bu göstərici ilin qalan hissəsində FED-in uçot dərəcəsini artırmaq ehtimallarını yüksəldir. Hazırda əsas valyuta cütlüyü dollar/avro məzənnəsi 0,3% azalma ilə 1,12 USD/EUR səviyyəsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi