Yuxarı

​Dolların məzənnəsi 11 illik maksimuma çatıb

ABŞ dolları son 5 gündə Yaponiya yeninə qarşı 2004-cü ildən sonra ən yüksək həddə çatıb

Bakı. 17 yanvar. REPORT.AZ/ İsveçrə Milli Bankının yaydığı xəbərə görə, ABŞ dolları avroya qarşı məzənnələri 11 illik maksimuma çatıb. Avro sonuncu dəfə bu valyutalara qarşı 2012-ci ilin iyulunda minimal həddə düşüb. "Report"un "Spiegel"ə istinadən verdiyi xəbərə görə, bunu Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi (Mario Draghi) alman rəsmiləri ilə keçirdiyi brifinqdə deyib.

Məlumata görə, son 5 gündə dollar Yaponiya yeninə qarşı 2004-cü ildən bəri ən yüksək həddə çatıb.

"Bank of Montreal"in qlobal xarici valyuta strategiyası idarəsinin rəhbəri Qreq Anderson (Geg Anderson) "Reuters"ə müsahibəsində deyib ki, bu, "dollar hekayəsi"nin yalnız bir hissəsidir: "Başqa alternativlər axtarmaq heç də cəlbedici deyil. Dünən hamı anladı ki, gələn həftə Avropa Mərkəzi Bankı daha aqressiv davranacaq".

Dünyada məlum olan valyuta ehtiyatlarının təxminən 63%-i dollarla saxlanılır. Bu gün səhərə olan məlumata görə, Nyu-Yorkda dollar avroya qarşı 0,6% bahalaşaraq bir avro 1,1567 dollara bərabər olub ki, bu da 2003-cü ilin noyabrından sonra Avropa valyutası üçün ən aşağı həddir. Həmin vaxt avro 1,1460 dollara dəyişdirilib.

İsveçrə frankı isə avro qarşısında 1,9% ucuzlaşaraq 99,41-ə, dollar qarşısında isə 2,3% enərək 85,87-yə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi