Yuxarı

Dolların bahalaşması davam edir

Birjada qızılın bir unsiyasının qiyməti 1 195,6 dollara düşüb

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 9-da Amerika fond bazarında Dow Jones indeksində 0,31% artım müşahidə olunub və 17 958,73 bənd təşkil edib. S&P 500 0,45% irəliləyərək 2 091,18 bənd, Nasdaq isə 0,48% artaraq 4 974,56 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,12% artaraq 7 015,36 bənd, Almaniya DAX-ı 1,08% bahalaşaraq 12 166,44 bənd, Fransa CAC-40-ı isə 1,40% irəliləyərək 5 208,95 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 195,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0680 (-0,94%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi