Dolların bahalaşması davam edir

Dolların bahalaşması davam edir Dünya bazarında qızılın bir unsiyasının qiyməti 1 203 dollar həddini keçib
Maliyyə
2 Aprel , 2015 09:30
Dolların bahalaşması davam edir

Bakı. 2 aprel. REPORT.AZ/ Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksində 0,44% azalma müşahidə olunub və 17 698,18 bənd təşkil edib. S&P 500 0,40% geriləyərək 2 059,69 bənd, Nasdaq isə 0,42% azalaraq 4 880,23 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,54% artaraq 6 809,50 bənd, Almaniya DAX-ı 0,29% bahalaşaraq 12 001,38 bənd, Fransa CAC-40-ı isə 0,57% geriləyərək 5 062,22 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,33% artaraq 1 203,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0769 (-0,12%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi