Yuxarı

​Dollar zəifləməyə başlayıb

FES faizləri bu il artırmaya bilər

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-da bu ilin mart ayında uzunmüddətli istifadə mallarına baza sifarişləri fevral ayı ilə müqayisədə 0,2% azalıb. "Report" xəbər verir ki, ABŞ iqtisadiyyatının əsas indikatorlarından biri olan bu göstəricinin 0,5% artması gözlənilirdi. 

Federal Ehtiyat Sisteminin (FES) bu gün və sabah keçirdiyi növbəti iclası ərəfəsində adıçəkilən göstəricinin zəif olması ABŞ iqtisadiyyatının hələ də dayanıqlı iqtisadi artım tempi əldə etmədiyinin göstəricisi olduğunu hesab edən investorlar dolları satmağa başlayıblar. Belə ki, dollar avro ilə müqayisədə bu gün 0,4% ucuzlaşıb və bu valyuta cütünün məzənnəsi 1,1266 USD/EUR-dan 1,1310 USD/EUR-a yüksəlib. 

İnvestorlar baza sifarişlərinin zəif göstəricisinin FES rəhbəri Canet Yellenin çıxışına təsir edəcəyini düşünürlər. "Report"un analitik qrupu hesab edir ki, dollar digər əsas valyutalarla müqayisədə bir qədər də zəifləyə bilər. ABŞ-ın iqtisadi göstəriciləri zəif olacağı təqdirdə, FES ümumiyyətlə 2016-cı ildə uçot dərəcəsini artırmaqdan vaz keçə bilər. Bu da dolların kəskin zəifləməsinə səbəb ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi