Dollar ​yaxın 5 ildə digər valyutalara qarşı daha da möhkəmlənəcək

Dollar ​yaxın 5 ildə digər valyutalara qarşı daha da möhkəmlənəcək ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırmağa hazırlaşır
Maliyyə
2 Mart , 2015 14:41
Dollar ​yaxın 5 ildə digər valyutalara qarşı daha da möhkəmlənəcək

Bakı. 2 mart. REPORT.AZ/ Federal Ehtiyat Sisteminin (FES) müdir yardımçısı Stenli Fişer bu il ABŞ-da uçot dərəcəsinin artma ehtimalının yüksək olduğunu bildirib. "Report" xəbər verir ki, məqbul inflyasiya və işsizlik səviyyəsi, habelə real əmək haqqı artımı fonunda FES 0 dərəcəsinə yaxın faiz siyasəti səviyyəsindən uzaqlaşacaq.

ABŞ iqtisadiyyatının bu il 2,5-3% artacağını bildirən S.Fişer hesab edir ki, dolların hazırkı mövqeyi iqtisadiyyatın güclü olduğunu göstərir. San-Fransisko FES-in müdiri Con Uilyams bu il işsizliyin 5%-ə yaxınlaşacağını, iqtisadiyyatın 3% artacağını və inflyasiyanın artaraq 2%-ə çatacağını bildirərək uçot dərəcəsinin artırmağa başlama vaxtının gəldiyini söyləyib.

"Report" analitik qrupu hesab edir ki, ABŞ-da uçot dərəcəsinin artması qarşıdakı 5 il müddətində dolların digər valyutalara qarşı daha da möhkəmlənəcəyi deməkdir: "Yəni, ABŞ dollarına tələb artacaq. Nəticədə, dünyada dollar qıtlığı yaşanacaq və başda əmtəə qiymətləri olmaqla əmlak ucuzlaşacaq. Bu prosesin təsiri Azərbaycandan da yan keçməyəcək. Dollar gücləndikcə neftin qiymətində azalma müşahidə olunacaq. Nəticədə, dolların güclənməsi və xammal qiymətlərinin düşməsi Azərbaycan manatı üzərində təzyiqləri artıracaq".

Son xəbərlər

Orphus sistemi