Dollar möhkəmlənməyə başlayıb

Dollar möhkəmlənməyə başlayıb Neft yenidən ucuzlaşmağa başlayıb
Maliyyə
19 Fevral , 2016 17:51
Dollar möhkəmlənməyə başlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-da yanvar ayında inflyasiya 0,3% olub ki, bu da proqnozlaşdırılandan 0,1 faiz bəndi yüksəkdir. Qeyd edək ki, inflyasiyanın artması ABŞ-da iqtisadi aktivliyin sürətləndiyini göstərir və Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması proqramını dəstəkləyir. 

"Report" xəbər verir ki, FES-in uçot dərəcəsini artırması üçün ekspertlər iyun ayındakı iclası gözlədikləri halda, bugünkü inflyasiya göstəricisi mart iclasının əhəmiyyətini xeyli artırıb. Məhz bu səbəbdən avronun məzənnəsi göstəricinin açıqlanmasından sonra 0,3% azalaraq 1,11 USD/EUR səviyyəsindən 1,1070 USD/EUR-a enib. 

"Report"un analitik qrupu hesab edir ki, dolların möhkəmlənməsi prosesi davam edəcək və məzənnə 1,10 USD/EUR səviyyəsindən də aşağı enəcək. Dolların möhkəmlənməsi fonunda neft və digər xammal növlərinin qiymətində də azalma gözlənilir. Belə ki, neft bu gün 2,7% azalaraq 33,35 dollar/barelə enib. Neftin 30 dollar/barelə qədər ucuzlaşması ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi