Yuxarı
    Bağlamaq

    ​Dollar kəskin ucuzlaşıb

    Report: Azərbaycanda dollar sabit qalacaq, avro isə 1,15-1,18 manata kimi bahalaşa bilər

    Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ-da bu ilin mart ayında yeni açılan iş yerlərinin sayı proqnozlaşdırılan 245 min nəfərdən çox az, cəmi 126 min olub. "Report"un məlumatına görə, bu xəbər ABŞ-da uçot dərəcəsinin yaxın dövrdə artırılmayacağı gözləntisini yaradıb.

    Bunun nəticəsində ABŞ dollarının avroya qarşı birja məzənnəsi 1,0880 USD/EUR səviyyəsindən 1,1023 USD/EUR həddinə kimi yüksəlib və hazırda sövdələşmələr 1,1 göstəricisi ətrafında aparılır.

    Ekspertlər bu valyuta cütlüyünün məzənnəsinin 1,1050 USD/EUR səviyyəsini keçəcəyi təqdirdə 1,13 hədəfinə doğru irəliləyə biləcəyini qeyd edirlər.

    "Report"un analitik qrupu belə olan şəraitdə Azərbaycanda dolların məzənnəsinin sabit qalacağını, avronun isə 1,15 səviyyəsinə yüksələcəyini proqnozlaşdırır və sonradan bunun 1,18 AZN/EUR-a çatacağını da istisna etmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi