Dollar fond bazarında çaxnaşma fonunda bahalaşır

Dollar fond bazarında çaxnaşma fonunda bahalaşır Avronun dollara qarşı məzənnəsi 1,2215 dollaradək enib
Maliyyə
9 Fevral , 2018 23:30
Dollar fond bazarında çaxnaşma fonunda bahalaşır

Bakı. 9 fevral. REPORT.AZ/ Dolların indeksi cümə günü artır və bu həftə artıq bir ildən də çox müddət ərzində maksimum həddə qalxıb.

“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Bakı vaxtı ilə 20.38-ə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi 1,2215 dollaradək enib. Əvvəlki hərraclarda 1 avro 1,2247 dollar təşkil edirdi. Dollar Yaponiyanın pul vahidi iyenaya nisbətdə 108,41 iyenaya qədər enib. Əvvəlki hərraclarda 1 dollar 108,74 iyena təşkil edirdi.

Dolların indeksi (dolların ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkə valyutasının səbətinə nisbətdə məzənnəsi) 0,31 faiz artaraq 90,51 bəndə çatıb.

Dolların indeksinin həftəlik dinamikası göstərir ki, valyuta 2016-ci ilin dekabr ayından daha çox bahalaşıb.

Son xəbərlər

Orphus sistemi