Valyuta hərracında dollar bahalaşmaqda davam edir

Valyuta hərracında dollar bahalaşmaqda davam edir Məzənnənin gündəlik artımı 0,26% olub
Maliyyə
22 Dekabr , 2016 11:41
Valyuta hərracında dollar bahalaşmaqda davam edir

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərrac 1 ABŞ dolları üçün 1,7575 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7620 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Nəticədə, gündəlik artım 0,26% olub.

Qeyd edək ki, bu günə rəsmi məzənnə 1,7575 AZN/USD-dir.

Son xəbərlər

Orphus sistemi