"Dodd-Frank" qanununun dəyişdirilməsi dolların bahalaşmasına səbəb olacaq

"Dodd-Frank" qanununun dəyişdirilməsi dolların bahalaşmasına səbəb olacaq Bakı. 15 mart. REPORT.AZ/ ABŞ Senatı bank tənzimlənməsi qaydalarını yumşaldaraq 2007-2009-cu illərin qlobal maliyyə böhranından sonra 2010-cu il iyulun 21-də qəbul olunmuş Dodd-Frank qanununu dəyişdirilməsi üçün Konqresə göndərib. 
Maliyyə
15 Mart , 2018 15:58
Dodd-Frank qanununun dəyişdirilməsi dolların bahalaşmasına səbəb olacaq

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ Senatı bank tənzimlənməsi qaydalarını yumşaldaraq 2007-2009-cu illərin qlobal maliyyə böhranından sonra 2010-cu il iyulun 21-də qəbul olunmuş "Dodd-Frank" qanununu dəyişdirilməsi üçün Konqresə göndərib. 

"Report" xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

"Report"un analitik qrupu bildirir ki, "Dodd-Frank" qanununun dəyişdirilməsi orta və uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatının inkişafının sürətlənməsinə, nəticədə inflyasiyanın artmasına və təbii ki, uçot dərəcəsinin daha qəti addımlarla artırılmasına gətirib-çıxaracaq. Bu da, öz növbəsində, dolların bahalaşması ilə nəticələnəcək.

"Reuters" yazır ki, qanunun dəyişdirilməsi yüzlərlə orta bankı sərt normativlərdən azad edəcək. Qanun iri banklara daha az təsir edəcək. 

Xatırladaq ki, "Dodd-Frank" qanunu banklara nəzarəti artıraraq maliyyə sistemində sabitliyi pozmamaq üçün qəbul edilib. Qanunun dəyişdirilməsindən sonra, banklar risk səviyyəsindən asılı olmayaraq balanslarında tələb olunan qədər kapital saxlamayacaq və bu, kreditləşmənin artırılmasına səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi