Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yoxlanılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yoxlanılıb Bakı. 22 dekabr. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. İclasda dövlət büdcəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub.
Maliyyə
22 Dekabr , 2017 10:36
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yoxlanılıb
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. İclasda dövlət büdcəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığortası üzrə gəlirləri və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlər və xərclərin icra vəziyyətinə dair, yerli icra hakimiyyəti orqanlarına dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı təhlilin nəticələrinə dair nəzarət tədbirlərinin nəticələri də müzakirə mövzuları olub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi