DGK xətti ilə büdcə daxilolmaları apreldə 18% azalıb

DGK xətti ilə büdcə daxilolmaları apreldə 18% azalıb Yol vergisi üzrə daxilolmalar 4,61 dəfə aşağı düşüb
Maliyyə
5 May , 2017 18:20
DGK xətti ilə büdcə daxilolmaları apreldə 18% azalıb

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 187 014,59 min manat həcmində vergi və rüsumlar daxil olub. Bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 40 382,14 min manat, yaxud 17,76% azdır.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2 430,92 min manat, yaxud 4,49% artaraq 565 632,64 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 25 518,05 min manat, yaxud 17,53% azalaraq 120 059,19 min manat, aksizlər üzrə 7 897,11 min manat, yaxud 50,57% (2,02 dəfə) azalaraq 7718,11 min manat, yol vergisi üzrə daxilolmalar isə 9 397,9 min manat və ya 78,29% (4,61 dəfə) azalaraq 2 604,65 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi