DGK ötən il dövlət büdcəsinə 2 milyard 608 milyon manat köçürmə edib

DGK ötən il dövlət büdcəsinə 2 milyard 608 milyon manat köçürmə edib Büdcə proqnozları 115,6 faiz yerinə yetirilib
Maliyyə
30 Yanvar , 2018 01:58
DGK ötən il dövlət büdcəsinə 2 milyard 608 milyon manat köçürmə edib

Bakı. 30 yanvar. REPORT.AZ/ 2017-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

"Ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 115,6 faiz yerinə yetirilib. Bu isə 2016-cı illə müqayisədə 317,2 milyon manat və ya 13,8 faiz çoxdur. Onu da qeyd edim ki, 2017-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyən edilən büdcə öhdəliyi hələ ilin başa çatmasına bir ay yarım qalmış yerinə yetirilib", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi