Səfər Mehdiyev: “Ötən il 131 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 9 000 ədəd ov silahının sursatı aşkarlanıb”

Səfər Mehdiyev: “Ötən il 131 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 9 000 ədəd ov silahının sursatı aşkarlanıb” Bakı. 30 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanın gömrük orqanları tərəfindən 2 978 kq balıq, 2 201 kq bitki toxumları və 3 427 qram (126 ədəd) çətənə bitkisinin toxumları, 51 ədəd dini kitab, 235 826 manat dəyərində dərman vasitələri, 45 972 manat dəyərində baytarlıq dərmanları, 1 161 manat dəyərində bitki dərmanları aşkar edilib.
Maliyyə
30 Yanvar , 2019 14:32
Səfər Mehdiyev: “Ötən il 131 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 9 000 ədəd ov silahının sursatı aşkarlanıb”
Səfər Mehdiyev

Bakı. 30 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanın gömrük orqanları tərəfindən 2 978 kq balıq, 2 201 kq bitki toxumları və 3 427 qram (126 ədəd) çətənə bitkisinin toxumları, 51 ədəd dini kitab, 235 826 manat dəyərində dərman vasitələri, 45 972 manat dəyərində baytarlıq dərmanları, 1 161 manat dəyərində bitki dərmanları aşkar edilib.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, bundan başqa, ötən il 10 ədəd Çində istehsal olunmuş avtoregistrator - kameralar, 13 ədəd elektroşoker, 123 ton 120 kq kimyəvi maddə, 11 195 qram kürü, 6 473 ədəd mobil telefon və 4 124 ədəd mobil telefonların aksesuarları, 35 808,5 manat dəyərində 18 118 ədəd məişət texnikası və əşyaları tutulub.

Eyni zamanda, ötən il ərzində 131 ədəd odlu silahın patronları, 3 ədəd ov silahı, 9 000 ədəd ov silahının sursat və ləvazimatları, 7 358 635 ədəd pirotexniki məmulatlar, 26 ədəd pnevmatik silah və 1 161 ədəd pnevma tik silahın patronları, 125 ədəd soyuq silah, 75 718 manat dəyərində tibb ləvazimatları və xeyli miqdarda digər mallar tutulub.

S. Mehdiyev qeyd edib ki, hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 189 936,3 manat dəyərində 1 236 655 ədəd xaricdə istehsal olunan siqaret və 31 777 manat dəyərində 1612,39 litr spirtli içkilər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi