Yuxarı

DGK büdcəyə ödənişlərini illik müqayisədə 28% artırıb

DGK büdcəyə ödənişlərini illik müqayisədə 28% artırıb

1486

© Report

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 274581,min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,86% çoxdur.

DGK-dan "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18,43% artaraq 72 708,4 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26,49% artaraq 180 371 min manat, aksizlər 2,16 dəfə artaraq 17 040,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 1,55 dəfə artaraq 4 461,7 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi