Yuxarı

DGK bu il büdcəyə 727 mln. manat köçürüb

DGK bu il büdcəyə 727 mln. manat köçürüb

© Report

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 726,99 mln. manat təşkil edib.

“Report” Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% çoxdur.

Son ildə gömrük rüsumları üzrə daxilolmalar 25,6% artaraq 192,878 manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 26,6% artaraq 498,466 mln. manata, aksizlər üzrə daxilolmalar 70,7% artaraq 27,41 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 8,3% artaraq 8,237 mln. manata çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi