Yuxarı
    Bağlamaq

    Devalvasiya Rusiya vətəndaşlarının son 10 ildə qazandıqlarını əridib

    Dolların dünya bazarlarında möhkəmlənməsi nəticəsində son bir ildə qlobal maddi rifah 13 trln. dollar azalıb

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Rus rublunun devalvasiyaya uğraması rus ailələrinin dollar ekvivalentində maddi rifahlarını 40% azaldaraq 2005-ci ildəki həddinə salıb. "Report" İsveçrənin "Credit Suisse" bankına istinadən xəbər verir ki, son bir il ərzində devalvasiya səbəbindən rusiyalıların dollar ifadəsində maddi rifahı 19 590 dollardan 11 726 dollara enib. Oktyabrın 13-də bankın hər il dərc etdiyi "Global Wealth Report" məruzəsində deyilib ki, rusiyalıların məcmu maddi rifahı 2014-cü ilin ortasından etibarən 2,2 trln. dollardan 1,3 trln. dollara qədər azalıb.

    "Credit Suisse" analitikləri maddi rifah kimi məcmu maddi və maddi olmayan aktivlərlə borcların fərqini nəzərdə tutur. Bankın hesablamalarına görə hər bir rus vətəndaşının 11 300 dollar maddi olmayan aktivi, 2 490 dollar maliyyə aktivi və 2 000 dollar borcu var. Ötən ildən etibarən borcların aktivlərdə xüsusi çəkisi 12%-dən 15%-ə qədər artıb. Bank qeyd edib ki, 2007-ci ildən etibarən rus ailələrin maddi rifahı rubl ekvivalentində illik orta qiymətlə 13% artsa da dollar ifadəsində 50% azalıb.

    "Credit Suisse" rusiya vətəndaşlarının maddi rifahının azalmasını qlobal tendensiyaya uyğun olduğunu bildirib. Bank, dolların dünya bazarlarında möhkəmlənməsi nəticəsində son bir ildə dünya maddi rifahının 13 trln. dollar azaldığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi