Yuxarı

​Devalvasiya Azərbaycan Dövlət Neft Fondunun itkilərinin 88%-ni örtüb

Devalvasiya nəzərə alınmasa, Fondun əlavə xərcəri 4 mlrd. dollara çata bilərdi

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyası prosesi Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsinin dünya bazarında neftin kəskin ucuzlaşmasından yaranan zərəri manat ekvivalentində əsasən örtəcək.

"Report"un məlumatına görə, ARDNF-in bu il üçün büdcəsinin gəlirləri 10 246,6 mln. manat həcmində nəzərdə tutulub. Ötən il hazırlanan büdcə layihəsi neftin qiyməti şərti olaraq 90 dollar/barel səviyyəsində tərtib olunub. Neftin bu il orta qiymətinin ən yaxşı halda 55 dollar/barel olacağıı ilə bağlı proqnozları nəzərə alsaq, bu, gəlirlərdə dollar ekvivalentində 40%-ə yaxın azalma deməkdir. Lakin manatın 35%-lik devalvasiyası həmin gəlirləri milli valyutada yalnız 5%-lik cüzi dəyişikliyə məruz qoyacaq. Yəni, hazırkı məzənnə ilə itkilərin təxminən 87,5%-i bərpa olunur.

Neft Fondunun xərcləri isə bu il üçün 11 814 mln. manat səviyyəsində təsdiqlənib. Yəni, nəticədə ARDNF-in balansı milli valyutada ciddi olaraq dəyişməyəcək. Amma, devalvasiya nəzərə alınmasa, Fond ehtiyatlarından əlavə 4 mlrd. dollar xərcləməli olacaqdı.

"Report"un apardığı hesablamalara görə, Fondun ümumi aktivlərinin 54%-i dollar, 34%-i avronun (təxminən 10,25 mlrd. avro) payına düşür. İlin əvvəlində avronun məzənnəsi 1,21 dollar olsa da, hazırda məzənnə 1,08 USD/EUR-a düşüb. Yəni, avro dollar qarşısında 10% ucuzlaşıb. Dollar ekvivalentində bu, 1,3 mlrd. dollar zərər deməkdir.

Digər valyuta və qızıl isə cəmi aktivlərin 22%-ni (ilin əvvəlinə - 8 mlrd. dollar) təşkil edib. Bu aktivlər də dollara nisbətdə ortalama 5% və ya 400 mln. dollar ucuzlaşıb. Məcvu aktivlər isə toplam olaraq 1,7 mlrd. dollar geriləyib. Bu, aktivlərin dünya bazarında qiymətinin ucuzlaşmasından yaranan azalmadır.

Xatırladaq ki, 2014-cü il ərzində ARDNF-in aktivləri 3,42% artaraq 2015-ci il yanvarın 1-nə 37,104 mlrd. dollara çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi