"Deutsche Bank" üçüncü dəfə ili zərərlə başa vurub

"Deutsche Bank" üçüncü dəfə ili zərərlə başa vurub ARDNF-in investisiya portfelinin bir hissəsi "Deutsche Asset & Wealth Management International GmbH." tərəfindən idarə olunur
Maliyyə
2 Fevral , 2018 21:03
Deutsche Bank üçüncü dəfə ili zərərlə başa vurub

Bakı. 2 fevral. REPORT.AZ/ Almaniyanın nüfuzlu banklarından olan "Deutsche Bank" 2017-ci ilin yekununda çətin bazar şəraiti səbəbindən zərər etdiyini açıqlayıb. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu, bankın üçüncü ardıcıl illik zərəri olub. 

Bank gəlirlərinin azalması və ABŞ vergi islahatları səbəbindən 497 mln. avro (621 mln. dollar) zərərlə üzləşib.

Qeyd edək ki, analitiklər "Deutsche Bank"ın 290 mln. avro (362 mln. dollar) zərər edəcəyini proqnozlaşdırıblar. Bankın rəhbəri Con Krayan (John Cryan) bildirib ki, "Hesab edirik ki, risklərin və xərclərin nəzarətə alınması ilə daha yüksək gəlir əldə etmək yolunda əmin addımlarla irəliləyirik. İnkişaf var, amma nəticələrlə hələ qane deyilik".

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset&Wealth Management International GmbH."nın idarəetməsinə verilib.

ARDNF "Report"un oktyabrın 2-də göndərdiyi sorğusuna cavab olaraq bildirib ki, Fond Almaniya "Deutsche Bank"ının törəmə şirkəti - "Deutsche Asset&Wealth Management International GmbH."nın xidmətindən hələlik imtina etmək niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi