Yuxarı

“Deutsche Bank” Rusiya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

“Deutsche Bank” Rusiya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

33

Dünya bazarında neftin indiki qiyməti və artan borc yükü Rusiya iqtisadiyyatı üçün əsas risklər olaraq qalır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Bank”nın "İnkişaf etməkdə olan bazarların perspektivləri - 2020" icmalında bildirilir. 

Sənəddə həmçinin deyilir ki, bu il Rusiyada iqtisadi artım tempi 1,2%, gələn il isə 1,6% təşkil edəcək. “Deutsche Bank” hesab edir ki, Rusiya Bankının (Mərkəzi Bank) dekabrın 13-də keçiriləcək iclasında uçot dərəcəsi 6,5% -dən 6,25% -ə endiriləcək və bu yolla iqtisadiyyat dəstəklənəcək. 

Bundan başqa, Bankın proqnozuna əsasən, 2020-ci ilin I yarısında Rusiyada 1 ABŞ dolları 62,5 rubla bərabər olacaq. II yarımildə isə məzənnə 63,5 rubla qalxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi