“Deutsche Bank” mənfəət əldə edib

“Deutsche Bank” mənfəət əldə edib Bakı. 1 fevral. REPORT.AZ/ Almaniya Bankı – “Deutsche Bank” 2014-cü ildən ilk dəfə olaraq mənfəət əldə edib.
Maliyyə
1 Fevral , 2019 13:13
“Deutsche Bank” mənfəət əldə edib

Bakı. 1 fevral. REPORT.AZ/ Almaniya Bankı – “Deutsche Bank” 2014-cü ildən ilk dəfə olaraq mənfəət əldə edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ili 735 milyon avroluq zərərlə başa vuran bank ötən ildə 341 milyon avro məbləğində mənfəətə nail olub.

“Ötən ilin yekunları “Deutsche Bank”ın doğru yolda olduğunu göstərir. 2019-cu ildə də məxarici azaltmaqla eyni zamanda inkişafa sərmayə qoymağa davam edəcəyik”, – İdarə Heyətinin sədri Kristian Zevinq deyib.

O, bank səhmdarlarının hər səhmə görə 11 sentlik divident alacaqlarını söyləyib.

Bankın məxaricini uğurla azaltdıqlarını diqqətə çatdıran K.Zevinqin sözlərinə görə, bu il məxaric 21,8 milyard avro, yəni ötən ilə nisbətən 1 milyard az məbləğdə gözlənilir. Bununla yanaşı, işçi ştatlarını da planlı şəkildə ixtisar edən “Deutsche Bank” sistemində bu ilin sonunadək 90 mindən az əməkdaş olacaq.

Son xəbərlər

Orphus sistemi