Yuxarı

"Deutsche Bank" bonus ödənişlərini kəskin azaldacaq

"Deutsche Bank" bonus ödənişlərini kəskin azaldacaq

Almaniyanın "Deutsche Bank" yenidənqurma planı çərçivəsində xərcləri azaltmaq üçün bonus ödənişlərini 20% azaltmağı planlaşdırır. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bununla belə, məlumata görə, bonusların azaldılması ilə bağlı bank rəhbərliyi yekun qərar qəbul etməyib. 

"Deutsceh Bank" rəsmiləri məsələyə şərh verməkdən imtina edib. Yalnız bankın icraçı direktoru Kristian Sevinq maliyyə problemlərini nəzərə alaraq yaxın 5 ildə 6 milyard avro vəsaitə qənaət etmək niyyətində olduqlarını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi