“Dərnəgülsənayetikinti”nin səhmləri 30% bahalaşıb

“Dərnəgülsənayetikinti”nin səhmləri 30% bahalaşıb Bakı. 17 mart. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Dərnəgülsənayetikinti” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.“Report” BFB-yə i...
Maliyyə
17 Mart , 2017 09:38
“Dərnəgülsənayetikinti”nin səhmləri 30% bahalaşıb

Bakı. 17 mart. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Dərnəgülsənayetikinti” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 40 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 2,6 manatdan, yəni 30% baha alınıb-satılıb.

Xatırladaq ki, “Dərnəgülsənayetikinti” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 756 038 manatdır. 

Son xəbərlər

Orphus sistemi