Deputat: "İcra orqanlarında süründürməçilik halları davam edir"

Deputat: "İcra orqanlarında süründürməçilik halları davam edir" Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin illik hesabatı müzakirə olunur
Maliyyə
17 Mart , 2017 13:06
Deputat: İcra orqanlarında süründürməçilik halları davam edir

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat müzakirə olunur. 

“Report”un xəbərinə görə, çıxış edən deputat Əli Məsimli bildirib ki, 2016-cı ildə yaranan çətin vəziyyətdən çıxmaq üçün ölkədə xeyli addımlar atılıb: "Ötən il ölkə iqtisadiyyatında 3,1% azalma olub. Bu da təxminən 1,8 mlrd. manatlıq əlavə dəyərin itirilməsi deməkdir".

O bildirib ki, bələdiyyələrə yeni funksiyaların verilməsi üçün işlər aparılmalıdır, pilot layihələr üçün addımlar atılmalıdır: "Sahibkarlıq qarşısında maneələrin aradan qaldırılması üçün, hökumət strukturlarının sahibkarlara mane olmaması üçün addımlar atılmalıdır. Ola bilər ki, manatın məzənnəsi sabitləşsin, inflyasiya müəyyən dərəcədə səngisin. Amma bu müvəqqəti olacaq".

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov təklif edib ki, kağız materialları əlavə dəyər vergisindən azad olunsun. O, deputat seçildiyi Saatlı rayonunun problemlərini də diqqətə çatdırıb.

Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, 2016-cı il hökumətdəki struktur islahatları ilə yadda qalıb: “Xüsusilə də bank və maliyyə, vergi və gömrük sektorunda ciddi islahatlar aparılıb”.

H.Rəcəbli qeyd edib ki, ölkədə 1 800 ailə özünəməşğulluqdan istifadə edib: “Əsas məsələ məşğulluğun artırılmasıdır. Kənd təsərrüfatı və türizmin inkişafı prioritet sahələrdəndir".

Deputat qeyd edib ki, icra orqanları tərəfindən süründürməçilik halları davam edir: “Buna görə də kiçik sahibkarlıq inkişaf etmir. Buna ciddi yanaşmaq lazımdır. Nöqsanlar bu gün də var”.

O, bildirib ki, Novruz bayramında İrandan Azərbaycana 500 turist gələcək: “Azərbaycan gömrükçülərinin səyinə baxmayaraq, İran tərəfi sərhəddə birnövbəli 8 saatlıq iş növbəsi yaradıb. Bu ölkəyə gələn turist çox pis vəziyyətlə qarşılaşacaq”.

Son xəbərlər

Orphus sistemi