Yuxarı

Deputat: "Azərbaycanda nazirliklərin sayı azaldılmalıdır"

Əli Məsimli: Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatlara geniş imkanlar aça bilər

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda mövcud nazirliklərin sayının azaldılması təklif edilir.

"Report"un verdiyi xəbərə görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər", - deyə millət vəkili qeyd edib.

Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi