"Dəmirbank" yeni əmanət şərtlərini açıqlayıb

"Dəmirbank" yeni əmanət şərtlərini açıqlayıb Əmanət hesabını bankın istənilən filialında açdırmaq mümkündür
Maliyyə
29 Dekabr , 2015 18:01
Dəmirbank yeni əmanət şərtlərini açıqlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ “Dəmirbank” ASC əhaliyə əmanət yerləşdirərək qısa müddətə yüksək gəlir əldə etməyi təklif edir. Belə ki, 1, 3, 6, 9 və ya 12 aylıq açılmağından asılı olmayaraq, dollar əmanətləri üzrə faiz dərəcəsi illik 9%, manat əmanətləri üzrə isə 14% təşkil edir.

"Report" xəbər verir ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edib əmanət hesabı açdırmaqla bu imkandan yararlana bilər. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək olar. Qeyd etmək lazımdır ki, əmanət hesabını “Dəmirbank”ın istənilən filialında açdırmaq mümkündür.

Qeyd edək ki, “Dəmirbank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtlərinə müvafiq olaraq əhalinin “Dəmirbank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 min manat təşkil edir.

Hazırda “Dəmirbank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Bunun 13-ü Bakıda, 20-si isə regionlarda yerləşir.

Son xəbərlər

Orphus sistemi