"Dəmirbank"ın yarım illik zərəri 8,5 mln. manata yaxındır

"Dəmirbank"ın yarım illik zərəri 8,5 mln. manata yaxındır Bakı. 11 avqust. REPORT.AZ/ “Dəmirbank”ASC-nin aktivləri illik müqayisədə 9,77% azalaraq bu il il iyulun 1-nə 485 517 min. manat təşkil edib.“...
Maliyyə
11 Avqust , 2017 11:19
Dəmirbankın yarım illik zərəri 8,5 mln. manata yaxındır
Report

Bakı. 11 avqust. REPORT.AZ/ “Dəmirbank”ASC-nin aktivləri illik müqayisədə 9,77% azalaraq bu il il iyulun 1-nə 485 517 min. manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, son bir ildə bankın kredit portfeli 26,87% azalaraq 285,18 mln. manata düşüb. Kreditlərin 137,635 mln. manatı və yaxud 48%-i xarici valyutada verilib. 

"Dəmirbank"ın depozit portfeli isə illik müqayisədə 20,91% azalaraq bu il iyulun 1-nə 148,888 mln. manat təşkil edib. Depozitlərin 101,822 mln. manat və yaxud 68%-i xarici valyutada yerləşdirilib. İl ərzində Azərbaycan Mərkəzi Bankının “Dəmirbank”a qarşı tələbi isə 54% azalaraq 17 mln. manat olub. 

İyunun sonuna "Dəmirbank"ın nizamnamə kapitalı 21 mln. manat, məcmu kapitalı 42,004 mln. manat, cəmi kapitalı isə 37,598 mln. manat təşkil edib.

"Dəmirbank" bu ilin I yarısını 8,451 mln. manat xalis zərərlə başça vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 458 min mant mənfəətlə çıxıb. 

Hesabat dövründə "Dəmirbank"ın gəlirləri 1 il əvvələ nisbətən 2% artaraq 50,663 mln. manat, xərcləri isə 15% azalaraq 27,16 mln. manat təşkil edib. 23,503 mln. manat xalis əməliyyat mənfəəti olan Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 31,796 mln. manat ayırıb. 

Son xəbərlər

Orphus sistemi