​“Dəmirbank” sahibkarlar üçün toplantı keçirəcək

​“Dəmirbank” sahibkarlar üçün toplantı keçirəcək Tədbirdə iri biznes kreditləri üzrə sifarişlər qəbul olunacaq
Maliyyə
2 İyul , 2015 16:37
​“Dəmirbank” sahibkarlar üçün toplantı keçirəcək

Bakı. 2 iyul. REPORT.AZ/ “Dəmirbank” ASC biznesini inkişaf etdirmək üçün əlverişli şərtlərlə kredit götürmək istəyən sahibkarları “Açıq qapı” tədbirinə dəvət edib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir iyulun 4-də saat 11:00-dan 16:00-dək “Dəmirbank”ın Qarabağ küçəsi, 31 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Tədbirdə 100 min dollaradək biznes kreditlər üzrə sifarişlər qəbul ediləcəyi açıqlanıb.

Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. 

Son xəbərlər

Orphus sistemi