"Dəmirbank" da məzənnə itkilərini öz üzərinə götürüb

"Dəmirbank" da məzənnə itkilərini öz üzərinə götürüb Bank dekabrın 19-20-də dollarla həyata keçirilən kredit ödənişləri üzrə məzənnə itkilərini özü qarşılayacaq
Maliyyə
23 Dekabr , 2015 16:15
Dəmirbank da məzənnə itkilərini öz üzərinə götürüb

Bakı. 23 dekabr. REPORT.AZ/ "Dəmirbank" ASC ödəniş vasitəsindən asılı olmayaraq, müştərilərin dekabrın 19-20-də dollarla həyata keçirilən kredit ödənişləri üzrə məzənnə itkilərini öz üzərinə götürüb. Belə ki, həmin tarixlərdə aparılan ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq.

"Report"un banka istinadən verdiyi xəbərə görə, "Dəmirbank" məzənnənin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkilərin qarşılanması məqsədilə dəyişiklik elan olunanadək xarici valyutada əməliyyat həyata keçirmiş müştəri hesablarından məbləğ silinərkən devalvasiyadan əvvəlki məzənnənin əsas götürülməsinə qərar verib. Güzəştlər həm kredit, həm də debit kartlarına şamil olunur.

Son xəbərlər

Orphus sistemi