"Dəmirbank" manat və dollar kreditlərini ucuzlaşdırıb

"Dəmirbank" manat və dollar kreditlərini ucuzlaşdırıb Manat və dollar kreditlərinə 10% və 2% endirim təklif olunur
Maliyyə
24 Fevral , 2015 14:40
Dəmirbank manat və dollar kreditlərini ucuzlaşdırıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC müştərilərə 10%-dək güzəştli kreditlər təklif edir. Belə ki, nağd pul krediti götürmək istəyən müştərilər 5 min manatadək nağd pul kreditini illik 10%-dək endirimlə əldə edə bilərlər.

"Report"un "Dəmirbank"a istinadən verdiyi xəbərə görə, Bank ABŞ dolları ilə verilən kreditlərə də əlavə 2% endirim tətbiq edir.

Bununla yanaşı, istehlak və biznes kreditlərinin verilməsi davam etdirilir. İstehlak kreditlərinin şərtlərinə əsasən, şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə, mövcud istehlak kreditlərdən ("Təhsil işçilərinə kredit", "Səhiyyə işçilərinə kredit", "Dövlət qulluqçularına kredit" və s.) yararlanmaq mümkündür.

Bununla yanaşı, "Dəmirbank" sahibkarlara biznes kreditləri təklif edir. Biznes kreditlərin şərtlərinə əsasən, minimum 12 ay stabil biznes fəaliyyəti olan, istehsalat, ticarət və təsərrüfatla məşğul olan fiziki və hüquqi şəxslər bu kreditlərdən faydalana bilər. Kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Son xəbərlər

Orphus sistemi