“Dəmirbank” manat əmanətlərini bahalaşdırıb

“Dəmirbank” manat əmanətlərini bahalaşdırıb Bakı. 24 mart. REPORT.AZ/ “Dəmirbank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini artırıb.Bu barədə “Report” Banka istinad...
Maliyyə
24 Mart , 2017 16:22
“Dəmirbank” manat əmanətlərini bahalaşdırıb

Bakı. 24 mart. REPORT.AZ/ “Dəmirbank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini artırıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, məsələn, hazırda “Dəmirbank”da 1 il müddətinə milli valyuta ilə yerləşdirilən klassik əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 17-17% divident vəd edilir. İndiyə qədər illik gəlirlilik 14,2-15% olub. Bank 1 il müddətinə qəbul edilən yığım əmanətlərinin illik faiz dərəcəsini isə 11%-dən 13%-ə çatdırıb.

Kredit təşkilatının ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhm əsasında formalaşıb. Səhmlərin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi