​“DəmirBank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

​“DəmirBank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
15 Yanvar , 2016 14:12
​“DəmirBank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Fevralın 27-də Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında (Bankın əsas binası) “DəmirBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

"Report"un banka istinadən verdiyi xəbərə görə, ümumi yığıncağın gündəliyinə Müşahidə Şurasının tərkibində dəyişikliyin edilməsi daxildir. Səhmdarların qeydiyyatı saat 10:00-dan 11:00-dək şəxsiyyəti təsdiq edən sənəd əsasında keçirilir. 

Hazırda Bankın Müşahidə Şurası sədr (Rəhman Hacıyev) və 4 üzvdən (Tofiq Qənbərov, Andjey Vitak, Dik Snayders, Kurt Qeyqer) ibarətdir. 

Son xəbərlər

Orphus sistemi