Yuxarı
    Bağlamaq

    ​"Dəmirbank"ın illik mənfəəti azalıb

    Bankın daxilolmalarının 81%-ni faiz gəlirləri təşkil edib

    Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC 2014-cü ili 4,514 mln. manat mənfəətlə başa vurub, bu isə 2013-cü ilə nisbətən 9,9% azdır.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən il Bankın gəlirləri 84,898 mln. manat, xərcləri 80,384 mln. manat təşkil edib. Gəlirlərin 80,9%-i və ya 68,696 mln. manatı faiz gəlirləri hesabına formalaşıb. Hesabat ilində bankın faiz gəlirlərində 26,5%, qeyri-faiz gəlirlərində 2,03% artım müşahidə olunub.

    Xərclərin isə 31,7%-i və ya 25,468 mln. manatı faiz xərcləri ilə bağlı olub. Bu müddətdə faiz xərclərində 9,9%, qeyri-faiz xərclərində isə 60,9% artım qeydə alınıb.

    Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə "Dəmirbank"ın aktivləri 420,304 mln. manat təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi