"Dəmirbank"ın aktivləri 15% artıb

"Dəmirbank"ın aktivləri 15% artıb Bank istehlak kreditləşməsini bir qədər azaldıb
Maliyyə
25 İyul , 2016 10:38
Dəmirbankın aktivləri 15% artıb

Bakı. 25 iyul. REPORT.AZ/ "Dəmirbank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 2016-cı il iyulun 1-nə 538 099,5 min manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 15,6% artaraq 389 962,07 min manata yüksəlib. Portfelin 91,3%-ni və ya 355 867,67 min manatını 1 ildən artıq müddətə verilən kreditlər təşkil edib.

Hesabat dövründə istehlak kreditləşməsi 4,06% azalaraq 148 77,59 min manat təşkil edib.

İpoteka kreditlərinin həcmi illik müqayisədə 0,44% azalaraq 47 622,11 min manat, o cümlədən İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 14,9% artaraq 41 523,21 min manata çatıb. Maliyyə qurumlarına verilən kreditlərin həcmi isə illik 86% artaraq 3 523,21 min manat olub.

Qeyd edək ki, cari il iyulun 1-nə "Dəmirbank"ın nizamnamə kapitalı 21 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi