"Dəmirbank" filialların iş rejiminə dəyişiklik edib

"Dəmirbank" filialların iş rejiminə dəyişiklik edib Bu barədə Bankın baş ofisindən məlumat verilib
Maliyyə
25 Avqust , 2016 16:27
Dəmirbank filialların iş rejiminə dəyişiklik edib

Bakı. 25 avqust. REPORT.AZ/ "Dəmirbank" ASC bütün filiallarında fasiləsiz iş rejimini tətbiq edib. Belə ki, artıq Bankın istənilən filialı saat 09:00-dan 18:00-dək nahar fasiləsi olmadan faəliyyət göstərərir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan əlavə, Nizami küçəsi,111 ünvanında yerləşən "Dəmirbank"ın “Mərkəz” filialı həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) fəaliyyət göstərir.

"Dəmirbank" gələcəkdə də fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi