​"Dəmirbank"ın filialının yeni ofisi açılıb

​"Dəmirbank"ın filialının yeni ofisi açılıb Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, bank rəhbərliyi, filial əməkdaşları və bankın müştəriləri iştirak ediblər
Maliyyə
19 Avqust , 2015 17:39
​Dəmirbankın filialının yeni ofisi açılıb

Bakı. 19 avqust. REPORT.AZ/ “Dəmirbank” ASC Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi,7 ünvanında Sumqayıt filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.

Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, bank rəhbərliyi, filial əməkdaşları və bankın müştəriləri iştirak ediblər.

Xatırladaq ki, hazırda “Dəmirbank”ın 33 filialı var. Onlardan 13-ü Bakıda, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi