Yuxarı

“Dəmirbank”dan ABB-yə transfer olub

“Dəmirbank”dan ABB-yə transfer olub
Dəmirbankın departament rəhbəri ABB-yə filial müdiri keçir
© Courtesy İmage

Bakı. 28 mart. REPORT.AZ/ “Dəmirbank” ASC-də kadr dəyişikliyi baş verib. “Report” xəbər verir ki, bankın departamentlərindən birinin rəhbəri işdən ayrılıb.

Məlumata görə, “Dəmirbank”ın Pərakəndə bankçılıq Departamentinin rəhbəri Nuru Xəlilov işdən ayrılıb.

“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, N.Xəlilovun tezliklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Səbail” filialına müdir təyin edilməsi gözlənilir.

Xatırladaq ki, 2016-cı ilin yanvarından “Dəmirbank”da çalışan N.Xəlilov bundan öncə “Unibank” ASC-nin 10 saylı filialının müdiri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi