“Dəmirbank”da kadr dəyişikliyi gözlənilir

“Dəmirbank”da kadr dəyişikliyi gözlənilir Bu barədə bankdan bildirilib
Maliyyə
29 Dekabr , 2016 10:05
“Dəmirbank”da kadr dəyişikliyi gözlənilir

Bakı. 29 dekabr. REPORT.AZ/ “Dəmirbank” ASC-nin İnformasiya texnologiyalar Departamentinə yeni direktor təyin edilə bilər. Bu barədə “Report” banka istinadən xəbər verir.

Məlumata görə, hazırda departamentə rəhbərlik edən Ramiz Sadıxovun işdən çıxacağı gözlənilir. Odur ki, bu vəzifəyə namizəd axtarılır və müvafiq elan verilib.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi