“Dəmirbank” bazara yeni məhsul çıxarıb

“Dəmirbank” bazara yeni məhsul çıxarıb Bakı. 11 oktyabr. REPORT.AZ/
Maliyyə
11 Oktyabr , 2017 16:36
“Dəmirbank” bazara yeni məhsul çıxarıb
Report

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Dəmirbank” ASC yeni müştəriləri olan iş adamları üçün “Smart hesab” adlı məhsulunu təqdim edib.

“Report” Banka istinadən xəbər verir ki, bu məhsul sahibkarlara cari hesabdakı qalıq məbləğindən faiz gəliri əldə etməyə imkan verəcək.

Belə ki, hesabdakı qalıq məbləğ artdıqca ona uyğun hər ay illik 7%-ə qədər qazanc hesablanacaq. Üstəlik biznes müştəriləri milli və xarici valyutalarda pul vəsaitlərinin sürətli köçürülməsi və alınması, sərfəli konvertasiya və kassa əməliyyatları, əmək haqqının və digər ödənişlərin kart və yaxud cari hesablara köçürülməsi kimi imkanlardan yararlana biləcəklər.

Tariflər müştərinin bank hesabı üzrə apardığı əməliyyatların həcmindən, istifadə etdiyi məhsuldan və müştərinin istəyindən asılı olaraq fərdi şəkildə təyin edilə bilər. “DəmirBank”ın korporativ müştəriləri çox rahatlıqla hesabda vəsait qalıqları və hərəkətləri haqqında çıxarışlar əldə edə, Bankın geniş filial şəbəkəsində hüquqi şəxslər üçün bir çox xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhm əsasında formalaşıb. Səhmlərin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi