"Dəmirbank" bağladığı pulköçürmə xidmətini bərpa edib

"Dəmirbank" bağladığı pulköçürmə xidmətini bərpa edib Bankın müştəriləri xaricə 1%-dən başlayan tariflərlə pul köçürə bilər
Maliyyə
9 Fevral , 2016 12:24
Dəmirbank bağladığı pulköçürmə xidmətini bərpa edib

Bakı. 9 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC "Zolotaya Korona" sistemi üzrə təcili pulköçürmə xidmətlərini bərpa edib.

Bankdan "Report"a verilən məlumata görə, bu sistem vasitəsilə "Dəmirbank" müştəriləri MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə pul köçürə bilər.

Bununla bərabər, pul köçürən müştərilər xüsusi "Tarif  0%" aksiyasından da yararlana bilərlər. Aksiyanın şərtlərinə əsasən, xidmətin məzənnəsi üzrə konvertasiya ilə valyuta köçürməsi edilən zaman heç bir komissiya haqqı tutulmur. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.

Qeyd edək ki, "Dəmirbank"ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası çərçivəsində “Zolotaya Korona” sistemi üzrə pul göndərənlərə və pul alanlara mobil danışıq kartı da hədiyyə edilir. Belə ki, Bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15 000 RUB məbləğində pul köçürən müştərilərə istəklərindən asılı olaraq 1 manatlıq, köçürmə məbləği ən azı 2 000 AZN/USD/EUR və ya 60 000 RUB olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Son xəbərlər

Orphus sistemi