Yuxarı

“Dəmir Bank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılır

​“Dəmir Bank”ın təminatsız kreditorlarının tələbləri ödəniləcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə yanvarın 23-dən başlanılacaq.

Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi