“Dəmir Bank” ASC-nin lisenziyası ləğv edilib

“Dəmir Bank” ASC-nin lisenziyası ləğv edilib Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası qərar qəbul edib
Maliyyə
22 Dekabr , 2017 23:23
“Dəmir Bank” ASC-nin lisenziyası ləğv edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib.

“Report” xəbər verir ki, Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.

“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi