"Deloitte"un eksperti: "Nağdsız ödənişlərdə vergi güzəştləri tətbiq edilməlidir"

"Deloitte"un eksperti: "Nağdsız ödənişlərdə vergi güzəştləri tətbiq edilməlidir" Ekspertin fikrincə, plastik kartlarla ödənişlərdə ƏDV-yə fərqli faiz tətbiq oluna bilər"
Maliyyə
18 Yanvar , 2016 10:10
Deloitteun eksperti: Nağdsız ödənişlərdə vergi güzəştləri tətbiq edilməlidir

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə vergi güzəştləri tətbiq edilməlidir. "Report" xəbər verir ki, bunu bu gün Bakıda “Vergi sistemində inkişaf və əməletmə” mövzusunda keçirilən 5-ci illik Vergi Konfransında çıxış edən "Deloitte" audit şirkətinin Azərbaycanda idarəedici partnyoru Nuran Kərimov deyib.

N.Kərimovun sözlərinə görə, avtomobil ticarəti məcburi qaydada kartla alınıb-satılmalıdır: "Hesab edirəm ki, kartla alqı-satqını təşviq etmək üçün güzəştlər edilməlidir. Məsələn, kartla alqı-satqıda ƏDV-yə fərqli faiz tətbiq edilə bilər". 

"Həmçinin, avtomobil alış-satışı zamanı da məcburi şəkildə kart sistemi tətbiq edilməldir. Bütün dünyada bu belədir, bizdə də tətbiqi yaxşı olardı", - deyə "Deloitte" təmsilçisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi