Dekabrın 17-də "Super Bitcoin"in hardforku baş tutacaq

Dekabrın 17-də "Super Bitcoin"in hardforku baş tutacaq Bakı. 12 dekabr. REPORT.AZ/ Bazar günü - dekabrın 17-də Super Bitcoinin hardforku, yəni Bitcoinin bölünməsindən sonra yaranacaq yeni virtual valyuta ortaya çıxacaq. 
Maliyyə
12 Dekabr , 2017 18:06
Dekabrın 17-də Super Bitcoinin hardforku baş tutacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Bazar günü - dekabrın 17-də "Super Bitcoin"in hardforku, yəni "Bitcoin"in bölünməsindən sonra yaranacaq yeni virtual valyuta ortaya çıxacaq. 

"Report" xəbər verir ki, "Super Bitcoin"in buraxılması çinli milyonçu Li Syaolayın təşəbbüsüdür. Nəticədə "Bitcoin"in bloku 8 meqabayta yüksələcək. Bölünmə 498 888 nömrəli blokda baş tutacaq.

"Super Bitcoin"in sayı buraxılması planlaşdırılan 21 210 000 "Bitcoin"in içində olacaq. Bunlardan 210 000 ədədi ilkin "mining"də emissiya olunacaq.

Dekabrda daha 4 hardfork gözlənilir. Dekabr ayının 23-də "Lightning" və "Platinium", dekabrın 25-də "Bitcoin God" və dekabrın 31-də "Bitcoin Uranium" yaranacaq.

Son xəbərlər

Orphus sistemi