​Dekabrda DGK-nın xətti ilə büdcəyə 201 mln. manat daxil olub

​Dekabrda DGK-nın xətti ilə büdcəyə 201 mln. manat daxil olub Gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9 914,01 min manat artıb
Maliyyə
15 Yanvar , 2016 12:17
​Dekabrda DGK-nın xətti ilə büdcəyə 201 mln. manat daxil olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 200 805,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 68 769,97 min manat, yaxud 52,08% çoxdur.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9 914,01 min manat və yaxud 38,00% artaraq 36 000,77 min manat olub.

Hesabatda, həmçinin bildirilir ki, dekabr ayında ƏDV üzrə daxilolmaların həcmi 55 656,12 min manat və ya 56,54% artaraq 154 085,9 min manat, aksizlər 2698,75 min manat, yaxud 46,66% artaraq 8483,23 min manat, yol vergisi üzrə daxilolmalar isə 501,09 min manat və ya 28,87% artaraq 2235,8 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi