Dekabrda DGK-nin aksizlər üzrə daxilolmaları 25% azalıb

Dekabrda DGK-nin aksizlər üzrə daxilolmaları 25% azalıb Bununla yanaşı, gömrük orqanları ƏDV-ni illik müqayisədə 4% az toplayıblar
Maliyyə
13 Yanvar , 2017 14:11
Dekabrda DGK-nin aksizlər üzrə daxilolmaları 25% azalıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 235 005,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 34 199,7 min manat yaxud 17,03% çoxdur.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17 562,33 min manat yaxud 48,78% artaraq 53 563,1 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 5 669,5 min manat yaxud 3,68% azalaraq 148 416,4 min manat, aksizlər üzrə 2 147,73 min manat yaxud 25,32% azalaraq 6 335,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 24 754,6 min manat və ya 12 dəfə artaraq 26 990,4 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi